Nazirə Azər Süleymanovun tələbə yoldaşı haqda şok korrupsiya dosyesi
Nazirə Azər Süleymanovun tələbə yoldaşı haqda şok korrupsiya dosyesiKənd təsərrüfatı naziri İnam Kərimov Abşeron Rayon Baytarlıq İdarəsi rəisi Tahir Abdullayevi vəzifəsindən uzaqlaşdıra bilər
FİA.Az yazır ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb və xəbərlər genişlənir.
Nazirin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanovu vəzifəsindən uzaqlaşdırması kadrlarını da təşvişə salıb. Onlardan ən mühümü T.Abdullayevdir.
Peşəkar baytarlıq mütəxəssisi Səmədov Fəxrəddin A.Süleymanovun “rüşvət şəbəkəsində” iştirak etmədiyi üçün Abşeron Rayon Baytarlıq İdarəsi rəisi postundan kənarlaşdırılmışdı.
Onun yerinə keçmiş baş baytarın tələbə yoldaşı olan T.Abdullayev gətirilmişdi. Şəmkirdə Baytarlıq idarəsinin rəisi olmuş T.Abdullayev Abşeronda əsl rüşvət qəssablığı edir.
Bu haqda cumhuriyyet.net yazıb ki, qaramal və ya digər iri heyvanların əti (1 cəmdək ) müayinəsi - 2 manat, bazardakı qiymət - 6 manatdır, yəni 3 dəfə çoxdur.
Qoyun və donuz əti ( 1 cəmdək )- müayinə 1 manat, bazardakı qiymət- 5 manat, yəni 5 dəfə çoxdur. Diri quş və quş əti ( 1 baş ) – müayinə 4 qəpik, bazardakı qiymət 50 qəpik.
Hazır ət məhsulları - müayinə 2 manat, bazardakı qiymət-10 manat. İçalat, dil, baş, dırnaq və sair-müayinə 50 qəpik, bazardakı qiymət- 3 manatdır.
Balıq (diri, dondurulmuş və ya hisə verilmiş )- müayinə 80 qəpik, bazardakı qiymət 8 manat, yumurta (topdan satış- 1 partiya 1000 ədəddən artıq)- 80 qəpik, bazardakı qiymət 5 manatdır.
Yumurta (pərakəndə satış- 1 partiya 1000 ədədə qədər)- 20 qəpik, bazardakı qiymət 3 manat. Süd və süd məhsulları, qatıq, pendir və s.- 30 qəpik, bazardkı qiymət 2 manat.
Arı balı ( 1 partiya )-1 manat 50 qəpik, bazardakı qiymət 6 manatdır. Göründüyü kimi, 10 qəpik dövlətin cibinə - büdcəyə gedəndə, ondan 15-20 dəfə çox miqdar T.Abdullayev və ayrı-ayrı şəxslərin cibinə gedir.
Nəzərə alsaq ki, minlərlə obyekt gizlədilir, uçota alınmır, yığılan rüşvətin miqdarı astronomik rəqəmlə ölçülər. Yəni, 1 ət mağazası uçota alınanda 5-i kənarda qalır.
FİA.Az mediaya istinadla xəbər verir ki, A.Süleymanovun tələbə yoldaşının işdən kənarlaşdırılması istisna edilmir. Nazir İ.Kərimovun onunla işləyib-işləməyəcəyi bilinmir.
Baş baytar Bayandur Rzayevin də onun fəaliyyətini müşahidə etdiyi deyilir. Saytlar yazıb ki, hər baytarlıq laboratoriya müdiri dövlətin hesabına 300 manat keçirib, 10-15 min manatı öz cibinə qoyur, 5 min də yuxarı verib.
Biz hələ ölkəyə gətirilən heyvan və heyvandarlıq məhsullarından bəhs etmirik. Təsəvvür edirsiniz ölkəyə daxil olan hər kiloqram ətə, yağa, pendirə, kolbasaya və s. görə Dövlət Baytarlıq Xidməti işçilərinin ciblərinə nələr daxil olur.
Hələ ət kəsim obyektləri, kolbasa, sosiska sexləri və digər “toçka”lardan hansı miqdarda rüşvət yığılır.
A.Süleymanovun dövründə istədiyini edən T.Abdullayev üçün indi vəziyyət qəlizləşib. Azər müəllim peşəkar baytarlıq kadrlarını işdən uzaqlaşdıraraq qohumlarını, tələbə yoldaşlarını vəzifələrə təyin etdirmişdir:
Elşad Rzayev – dayısı oğlu, Respublika Baytarlıq Laboratoriyasının direktor müavini. Mübariz Nəbiyev – təqaüdçü, Respublika Baytarlıq Laboratoriyasında şöbə müdiri.
Əhəd Əliyev- Respublika Baytarlıq Laboratoriyasında ixtisasına uyğun olmayan şöbənin müdiri, verilən məlumata görə ictimai təhlükəli əməllərinə görə məhkum edilmiş.
Aydın Hüseynov – Dövlət Xidmətində qanunsuz müqavilə ilə sektor müdiri, dövlət qulluğu komissiyasından keçməyib. Tahir Abdullayev – Abşeron Rayon Baytarlıq İdarəsinin rəisi.
Kamran Məmmədov – Dəmir Yolunda Baytarlıq Nəzarəti İdarəsinin rəisi. Oktay Həmidov Göygöl rayon Baytarlıq İdarəsinin rəisi.
Arzu – Göygöl rayon Baytarlıq İdarəsinin rəisinin müavini. Oqtay Xəlilov – Şirvan Rayonu Baytarlıq İdarəsinin rəisi.
Ceyhun Əliyev dövlət qulluğu komissiyasından keçmədən Epidemioloji nəzarət və profilaktika sektorun müdiri təyin edilmişdir.
Qarşı tərəfi dinləməyə hazırıq.