AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin sədri Sahibə Qafarova büdcə layihəsi ilə bağlı çıxış etdi

  • + A
  • - A
  • 13-11-2023, 18:20

    Milli Məclisin sədri Sahibə Qafarova büdcə layihəsi ilə bağlı çıxış etdi

    Azadmedia.az Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 13 noyabr tarixli plenar iclasında 2024-cü ilin dövlət büdcəsi layihəsinin və büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı çıxışını təqdim edir.

    Hörmətli cənab Baş nazir və hökumət üzvləri!
    Hörmətli deputatlar!
    Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə təşəkkül tapmış makroiqtisadi sabitliyi və maliyyə dayanıqlığını daha da möhkəmləndirməyə, iqtisadi inkişaf və təhlükəsizlik sahəsində dövlət siyasətinin prioritetlərini və məqsədlərini əldə etməyə imkan yaratmışdır.
    Bu gün Milli Məclisdə müzakirəsinə başladığımız dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər ölkə həyatında müşahidə olunan müsbət meyilləri əks etdirir. Məmnunluqla qeyd edilməlidir ki, dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri ildən-ilə artırılır.
    Gələn il bu göstəricilərin rekord həcmdə olması dövlətimizin artan iqtisadi potensialının təzahürüdür.
    Qeyd olunmalıdır ki, dövlət büdcəsinin layihəsi müasir dövrün çağırışları nəzərə alınmaqla tərtib edilmişdir. Büdcənin sosial yönümlü olmasına xüsusi diqqət yetirilmişdir. Belə ki, gələn il sosial yönümlü xərclərin cari ilə nisbətən 1 milyard 35 milyon manat və ya 7 faiz çox olması nəzərdə tutulur. Dövlət büdcəsinin digər prioritetləri sırasında təhsil, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatı da vardır.
    Həmçinin, sahibkarlığın inkişafına rəvac verilməsi, ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərin, nəqliyyat, sənaye, energetika və digər sahələrdə infrastruktur layihələrinin dəstəklənməsi diqqət mərkəzində saxlanacaq.
    İnamla söyləmək olar ki, gələn ilin dövlət büdcəsinin icrası üçün Azərbaycan hökumətinin həyata keçirəcəyi tədbirlər möhtərəm cənab Prezident tərəfindən müəyyən edilmiş hədəflərin əldə olunmasına, o cümlədən Azərbaycan iqtisadiyyatının davamlı inkişafına, nəzərdə tutulan dövlət proqramlarının və strategiyalarının reallaşmasına zəmin yaradacaqdır.
    Hörmətli deputatlar!
    2024-cü ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin iclaslarında geniş müzakirə olunmuş və Milli Məclisin plenar iclasına tövsiyə edilmişdir. Hesablama Palatası da büdcə zərfi barəsində müsbət rəyini bildirmişdir.
    Mən hesab edirəm ki, aparacağımız müzakirələr səmərəli olacaq, burada biz deputatların fikirlərini və təkliflərini dinləyəcəyik. Bununla əlaqədar mən millət vəkillərini müzakirələrdə fəal iştiraka dəvət edirəm.
    İndi isə, hörmətli həmkarlar, biz məruzə və çıxışların ardıcıllığını müəyyən etməliyik. Təklif edirəm ki, əvvəlcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin, maliyyə və iqtisadiyyat nazirlərinin məruzələri ilə başlayaq, sonra Mərkəzi Bankın və Hesablama Palatasının məlumatlarını dinləyək. Daha sonra millət vəkilləri öz mülahizələrini söyləsinlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR