Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının (MDB PA) tədbirlərində iştirak etmək üçün noyabrın 15-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə işgüzar səfərə gəlib.
Nümayəndə heyətinə Milli Məclisin MDB PA-dakı nümayəndə heyətinin üzvləri Mixail Zabelin, Rasim Musabəyov, Nizami Səfərov, Emin Hacıyev və digər rəsmi şəxslər daxildirlər.
Bişkekin “Manas-2” Beynəlxalq hava limanında nümayəndə heyətini Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini Nurbek Sadıqaliyev, xarici işlər nazirinin müavini Avazbek Ataxanov, MDB PA Şurasının Baş katibi Dmitri Kobitski, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.