AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

YAP ilə Vyetnam Kommunist Partiyası arasında Əməkdaşlıq Sazişi imzalanıb - KİV

  • + A
  • - A
  • 21-11-2023, 08:43

    YAP ilə Vyetnam Kommunist Partiyası arasında Əməkdaşlıq Sazişi imzalanıb -



    Vyetnam Sosialist Respublikasında səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti ilə Vyetnam Kommunist Partiyasının (VKP) Mərkəzi Komitəsinin katibi, Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Le Hoay Çunq arasında görüş keçirilib.
    Belə ki, əvvəlcə Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında Əməkdaşlıq Sazişinin imzalanması mərasimi olub. Sazişi YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və VKP Mərkəzi Komitəsinin katibi, Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Le Hoay Çunq imzalayıblar.

    YAP nümayəndə heyətini ölkəsində görməkdən məmnunluğunu ifadə edən Le Hoay Çunq Vyetnamın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. İki ölkənin milli maraqlara hörmət və beynəlxalq hüquq normalarına sadiqlik prinsiplərinə daim əməl etdiklərinə diqqəti yönəldən VKP Mərkəzi Komitəsinin katibi qeyd edib ki, istər Azərbaycan, istərsə də Vyetnam müstəqil siyasət yürüdən dövlətlər kimi beynəlxalq münasibətlər sistemində ədalət və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan siyasi nizamın tərəfdarlarıdır. “Biz dövlətlər arasında münasibətlərin sağlam məcrada, konstruktiv müstəvidə, beynəlxalq hüquq normaları əsasında inkişafını dəstəkləyirik”, - deyə Le Hoay Çunq əlavə edib. AzərTac


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR