AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"G20-nin onlayn sammiti keçirilir” - Hindistan ev sahibliyi edir

  • + A
  • - A
  • 22-11-2023, 18:31

    "G20-nin onlayn sammiti keçirilir” -


    "G20-nin onlayn sammiti keçirilir.”
    Azadmedia.az TASS-a istinadən xəbər verir ki, sammitə Hindistan ev sahibliyi edir.

    Belə ki, Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Baqçi bildirib ki, Yeni Delhi artıq G20 onlayn sammitinə mümkün qədər çox liderin iştirakı üçün dəvətlər göndərib.

    Həmçinin xatırladaq ki, sentyabrın 9-10-da Yeni Delhidə baş tutan G20 sammiti zamanı Hindistanın Baş naziri Narendra Modi noyabrda qrup liderlərinin virtual formatda görüşünün keçirilməsini təklif edib.

    Qeyd edək ki, G20-yə Türkiyə, Rusiya, ABŞ, Almaniya, Argentina, Avstraliya, Böyük Britaniya, Braziliya, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çin, Fransa, Hindistan, İndoneziya, İtaliya, Kanada, Meksika, Səudiyyə Ərəbistanı, Yaponiya və Avropa İttifaqı daxildir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR