AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ziya Məmmədovun qohumu da "vurulur" - İDDİA

  • + A
  • - A
  • 17-02-2017, 13:48

    Ziya Məmmədovun qohumu da "vurulur" - İDDİA












    Ucar rayon icra başçısı, adı tez-tez mətbuatda hallanan Mənsur Məmmədov üçün karyerasının finişi çatıb

    Məlumata görə, nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu yaxın vaxtlarda vəzifəsindən kənarlaşdırılacaq.

    Mənbənin bildirdiyinə görə, nazirin yaxın ətrafı iqtidardakı postlarından təmizlənir. Çemodan əhval-ruhiyyəsində olan Ucar rayon icra hakimi sərəncama göndəriləcəyindən xəbərdardır.

    M.Məmmədov Göyçaydan Ucara icra başçısı təyin olunub və hər iki rayonun büdcəsini talamaqla məşğul olub. Onun bu rayonlarda hektarlarla ərazisi, villaları, obyektləri var.

    Nazir qohumunun himayəsi hesabına uzun müddət vəzifə tutmuş M.Məmmədov tunelin sonuna çatdığını görür. Z.Məmmədovdan sonra onun da yola salınacağı kifayət qədər realdır.

    Məmmədov Mənsur Həmzə oğlu 20 aprel 1965-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub. 1989-cu ildə Azərbaycan Politexnik İnstitutunun mühəndis-texnoloq ixtisası üzrə bitirib.

    Prezidenti İlham Əliyevin 29 mart 2005-ci il 722 N sərəncamı ilə Zərdab rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

    Prezident İlham Əliyevin 14 dekabr 2007-ci il 2537 N sərəncamı ilə Zərdab rayonu İcra hakimiyyəti başçısı vəzifəsindən azad edilib.

    Elə həmin il Göyçay rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2015- ci ildə Ucar rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

    Məlumata görə, bir müddət əvvəl rayon icra hakimiyyəti başçılarının qanunsuz əməllərindən, onların sahibkarlara qarşı həyata keçirdikləri ağlasığmaz təzyiqlərdən Prezident Administrasiyasına edilən şikayətlərin monitorinqi aparılıb.

    Hazırda monitorinqin nəticələri ümumiləşdirilir və yaxınlarda siyasi rəhbərliyə təqdim ediləcək. Məlumatda bildirilir ki, belə monitorinqlər vaxtaşırı aparılır və siyasi rəhbərliyə məruzə edilir.

    Siyasi rəhbərlik də məruzə əsasında icra başçılarını cəzalandırır, işdən çıxarır. Bu dəfə də monitorinq daha ətraflı aparılıb və etimadı doğrultamayan icra başçılarının siyahısı müəyyən edilib.

    Mənbəmiz eyni zamanda icra başçılarının nəzərdə tutulan “vurulma” prosesinin onların daha yüksək çinli himayədarlarının artıq hakimiyyət düşərgəsində etimadı itirməsi ilə əlaqəli olduğunu düşünür.

    Məlumdur ki, hansısa rayon və ya şəhərə icra başçısı təyinatından öncə müəyyən məsləhətləşmələr aparılır. Sirr deyil ki, icra başçılarının prezidentə təqdimatını müxtəlif vəzifəli şəxslər verir və dolayısı ilə onlar həmin şəxslərə bir növ cavabdehlik daşıyırlar. \\regionxeberleri.om\\


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR