AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

OPEC+ ölkələri neft hasilatını azaldıb - KİV

  • + A
  • - A
  • 4-03-2024, 08:39

    OPEC+ ölkələri neft hasilatını azaldıb -

    Bir sıra OPEC+ ölkələri neft hasilatının könüllü olaraq azaldılmasını iyunun sonuna qədər uzatmaq barədə razılaşıblar.

    Bu barədə Azadmedia.az xarici mediaya istinadla xəbər verir.

    Belə ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və onun OPEC+ kimi tanınan müttəfiqləri tərəfindən elan edilən əlavə könüllü ixtisarlar aşağıdakı həcmdə olacaq: Səudiyyə Ərəbistanı sutkada 1 milyon barel, Birləşmiş Ərəb Əmirlikləri 163 min barel, Küveyt 135 min barel, Qazaxıstan 82 min barel, Əlcəzair 51 min barel və Oman 45 min barel.
    Həmçinin, Rusiya ikinci rübdə neft hasilatı və ixracı üç ay ərzində orta hesabla sutkada 471 min barel azaldacağını açıqlayıb.

    Qeyd edək ki, OPEC+ ölkələrinin elan etdiyi uzadılmış könüllü olaraq ixtisarların həcmi 2,17 milyon bareldir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR