AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu ölkə hərbi təhlükə ilə üzləşəcəyi halda, NATO ölkələri hərbçi göndərə bilər - general Karol Dımanovski

  • + A
  • - A
  • 12-03-2024, 17:04

    Bu ölkə hərbi təhlükə ilə üzləşəcəyi halda, NATO ölkələri hərbçi göndərə bilər -


    Polşa hərbi təhlükə ilə üzləşəcəyi halda, oraya NATO ölkələrinin ən azı 300 min hərbçisi göndərilə bilər.

    Belə ki, Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general Karol Dımanovski bunu TVP İnfo telekanalına müsahibəsində deyib.

    “Bunlar NATO-nun Vilnüsdə keçirilən sonuncu sammitində siyasi səviyyədə təsdiqlənən ən yeni planların müddəalarıdır. İndiyədək NATO-nun ön sıralarında 40 min əsgər var idisə, indi onların sayı 300 minə çatdırılacaq”, - deyə polşalı general ölkədə amerikalı hərbçilərin sayının artırılması ilə bağlı jurnalistin sualına cavabında bildirib.

    Karol Dımanovskinin sözlərinə görə, Şimali Atlantika Alyansının yüksək hazırlıq qrupunun hərbçiləri hələ müharibə başlamadan öncə təhlükə altında olan ölkəyə gəlməlidir. AZƏRTAC


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR