AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BMT Komitəsinin sessiyasında Azərbaycan Hökumətinin nümayəndə heyəti iştirak edib - KİV

  • + A
  • - A
  • 13-03-2024, 19:10


    BMT Komitəsinin sessiyasında Azərbaycan Hökumətinin nümayəndə heyəti iştirak edib -

    Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin Cenevrə şəhərində keçirilən 30-cu sessiyasında iştirak edib.

    Nazirlikdən Azadmedia.az-a verilən xəbərə görə, sessiyada Anar Kərimov BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Azərbaycan Hökumətinin dövri məruzəsini təqdim edib.

    Nazir müavini 2008-ci ilin oktyabrında "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasını və həmin sənədin Fakültativ Protokolunu ilk imzalayan ölkələrdən biri olan Azərbaycanda Konvensiyanın icrası ilə bağlı ötən dövrdə görülən işləri diqqətə çatdırıb.

    Ölkəmizdə bu Konvensiyaya uyğun olaraq 2018-ci ildə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" yeni Qanunun, habelə digər bir sıra qanunvericilik aktlarının qəbul edildiyi qeyd olunub. Azərbaycanda aparılan ardıcıl sosial islahatların mühüm bir istiqaməti olaraq, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi üçün atılan mühüm addımlar barədə məlumat verilib.

    Bu kateqoriyadan olan şəxslər üçün müasir reabilitasiya və sosial xidmət infrastrukturunun qurulması, onların reabilitasiya və cəmiyyətə fəal inteqrasiya, habelə məşğulluq imkanlarının artırılması, yaradıcı potensiallarının inkişaf etdirilməsi, inklüzivliyin təmin edilməsi və s. istiqamətlərdə görülən işlər qeyd olunub.

    Habelə əlilliyi olan şəxslər üçün xidmətlərin elektronlaşdırılmasında əldə olunan uğurlar, onlar üçün sosial ödənişlərin proaktiv təyinatı mexanizmlərinin qurulduğu diqqətə çatdırılıb. Onların xidmətlərdən faydalanmaları üçün bərabər şərait və imkanların yaradılması üçün görülmüş işlər qeyd edilib.

    BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin üzvləri tərəfindən verilən suallar da cavablandırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR