AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Terrorda ölənlərdən 68-nin şəxsiyyəti məlum oldu

  • + A
  • - A
  • 25-03-2024, 10:31

    Terrorda ölənlərdən 68-nin şəxsiyyəti məlum oldu

     
    “Crocus City Hall” konsert zalında törədilən terror aktı nəticəsində həlak olanlardan 68 nəfərin şəxsiyyəti müəyyən edilib.

    Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bütün ölənlərin şəxsiyyəti müəyyən edildikdən sonra siyahı əlavə olunacaq.

    Xatırladaq ki, martın 22-də “Crocus City Hall” konsert zalında Piknik rok qrupunun çıxışından əvvəl terror aktı törədilib. Son məlumata görə, hücum nəticəsində 182 nəfər xəsarət alıb. İstintaq Komitəsi 137 ziyarətçinin öldüyünü bildirib.( TASS)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR