Putin müharibəsindəki qəddarlığın artıq heç bir həddi yoxdur.
Azadmedia.az xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Berbok yerli mediaya müsahibəsində deyib.
Belə ki, “Putin rasional arqumentlər və bəşəriyyətin dəyərlərindən kənarda olduğunu daha aydın şəkildə göstərir. Və o, qətiyyən danışıqlar aparmaq istəmir”, - deyə Berbok bildirib.
Bununla yanaşı, Berbok Ukraynada müharibənin tezliklə bitəcəyinə ümid etmədiyini vurğulayıb.
O bildirib ki, Avropada sülhə yalnız öz gücümüzlə nail ola bilərik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.