Türkiyənin müdafiə sənayesi komitəsinin sədri Haluk Görgün bugün Azərbaycana səfər edəcək.
Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Belə ki, səfər 1-2 aprel tarixlərində baş tutacaq.
Qeyd edək ki, səfər çərçivəsində Haluk Görgünün Azərbaycanın müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Vüqar Mustafayev və müdafiə nazirinin müavini Aqil Qurbanov ilə görüşməsi nəzərdə tutulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.