ABŞ İranın Dəməşqdəki konsulluğunda baş verən insidentlə bağlı məlumat toplayır.
Azadmedia.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.
Belə ki, "Biz regiondakı tərəfdaşlarla danışıqlar aparırıq, əlavə məlumat toplayırıq, lakin hazırda nə hədəf, nə də cavabdeh tərəf barədə heç bir təsdiqimiz yoxdur. Mənim daha deməyə sözüm yoxdur", - deyə o bildirib.
Həmçinin Miller hadisənin girovlarla bağlı danışıqlara təsir edib-etməməsi ilə bağlı şərh verməkdən imtina edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.