AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Dəməşqdəki konsulluğa hücumdan xəbərsizdir - Bayden administrasiyası

  • + A
  • - A
  • 2-04-2024, 09:47

    ABŞ Dəməşqdəki konsulluğa hücumdan xəbərsizdir -


    Prezident Co Bayden administrasiyası Tehrana birbaşa deyib ki, İsrailin Dəməşqdəki İran konsulluğuna hücuma hazırlaşmasından ABŞ-ın əvvəlcədən xəbəri olmayıb.

    Azadmedia.az xəbər verir ki, bu barədə NBC adlarını açıqlamadığı iki amerikalı məmura istinadla məlumat yayıb.

    Belə ki, “Bayden administrasiyasından İrana birbaşa deyilib ki, ABŞ Dəməşqdəki konsulluğa hücumdan xəbərsizdir və bununla heç bir əlaqəsi yoxdur”, - məlumatda qeyd olunub.

    Həmçinin məmurlar kanala açıqlamalarında bildiriblər ki, ABŞ zərbəyə hazırlıq xəbərini İsrail təyyarələrinin havada olduqları vaxt alıb, amma hədəfin hara olduğunu bilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR