AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qərb kuratorlarının Ermənistandan istədiyi məhz budur - Rusiya XİN

  • + A
  • - A
  • 3-04-2024, 11:59

    Qərb kuratorlarının Ermənistandan istədiyi məhz budur -


    Qərb ölkələrinin marağı Ermənistanı suverenlikdən məhrum etməkdir.

    Azadmedia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya telekanalı efirində deyib.

    Belə ki, “Qərb kuratorlarının Ermənistandan istədiyi məhz budur - suverenliyinin itirilməsi, başqa heç nə. Onlar indiki mərhələdə, belə demək mümkünsə, iqtisadi imkanlarını inkişaf etdirən bir çox dövlətlərlə belə təcrübələr aparıblar. Vədləri çoxdur. Məsələn, Avropa İttifaqı, Vaşinqton Serbiyaya investisiya, iqtisadi dəstək və s. vədlər veriblər. Ancaq vədlərin heç biri reallaşmayıb”, - o bildirib.

    Həmçinin Zaxarova qeyd edib ki, Qərb ölkələri Azərbaycanla münasibətlərin normallaşmasında Ermənistana hər hansı bir yardım göstərmir: “Ölkə, siyasi elita üzərində tam təsirə nail olmaq istəyirlər. Amma məhz geosiyasi təsirə indi Cənubi Qafqazda vəziyyəti sarsıdan və Ermənistandan vasitə kimi istifadə etməyə çalışanlar nail olmaq istəyirlər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR