Fələstin Birləşmiş Millətlər Təşkilatına tam üzvlük üçün müraciət edib.
Azadmedia.az xəbər verir ki, bu barədə Frans Press Agentliyi (AFP) məlumat yayıb.
Belə ki, Fələstinin BMT-dəki nümayəndəsi bu təşkilatın baş katibinə göndərdiyi məktubda ölkənin BMT-yə tamhüquqlu üzvlüyü üçün 2011-ci il məktubuna yenidən baxılmasını istəyib.
Qeyd edək ki, 2012-ci ildə BMT-nin Baş Assambleyası Fələstinin bu təşkilata müşahidəçi üzv kimi iştirakına səs verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.