Aprel ayında BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik edən Malta Fələstinin dünya qurumuna qəbul üçün müraciətinə baxılması prosesinə başlayıb.
Azadmedia.az xəbər verir ki, bu barədə jurnalistlərə Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur məlumat verib.
Belə ki, o, jurnalistin müvafiq sualına cavabında deyib: “İnanıram ki, o, artıq bu prosesə başlayıb. Bizim BMT-nin 194-cü üzvü kimi qəbul olunmağımız böyük əhəmiyyət kəsb edir, ümid edirəm ki, bu, bu il baş verəcək”.
Həmçinin Mənsur qeyd edib ki, Fələstinin BMT-nin daimi üzvü olmaq təşəbbüsü dünya təşkilatının əksər ölkələri tərəfindən, xüsusən də Ərəb Liqası, İslam Əməkdaşlıq Təşkilatı və BMT-dəki ərəb qrupu tərəfindən dəstəklənib.
Qeyd edək ki, Fələstinin hazırda BMT-də daimi müşahidəçisi var. Bu statusa malik ölkələr əksər iclaslarda iştirak edə və demək olar ki, bütün müvafiq sənədlərə çıxış əldə edə bilsələr də, səsvermə hüququna malik deyillər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.