Almaniyanın iki xanım naziri bir-biri ilə evlənmək qərarı verib.
Azadmedia.az xəbər verir ki, bu barədə Xarici KİV məlumat yayıb.
Belə ki, bir neçə ildir bir yerdə yaşayan Saksoniya əyalətinin ədliyyə naziri Katya Mayerlə Şimali Reyn-Vestfaliya əyalətinin bərabərlik məsələləri naziri Jozefin Pol nikaha daxil olacaqlar.
Qeyd edək ki, nazirlər Almaniya siyasətində ilk belə cütlük olacaqlar.
Xatırladaq ki, Almaniyada eynicinslilərin nikahı 2017-ci ildə qanuniləşdirilib. O vaxtdan bəri ölkədə 65 mindən çox eynicinsli cütlük nikaha girib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.