AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya səfirliyi: Azərbaycan mühüm strateji tərəfdaş və etibarlı müttəfiqdir

  • + A
  • - A
  • 4-04-2024, 10:33

    Rusiya səfirliyi: Azərbaycan mühüm strateji tərəfdaş və etibarlı müttəfiqdir


    Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşı, mehriban qonşusu və etibarlı müttəfiqidir.

    Bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümü münasibətilə yaydığı məlumatda deyilir.

    Diplomatik nümayəndəlik qeyd edib ki, iki ölkə arasında münasibətlər hüquq bərabərliyi və mehriban qonşuluq prinsiplərinə, çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır: “Dövlətlər arasında qarşılıqlı əlaqələrin inkişafı Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verir. Siyasi dialoq ən yüksək səviyyədə, xarici siyasət idarələri xətti, əsas qurumların rəhbərləri, eləcə də parlament xətti səviyyəsində fəal inkişaf edir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR