“Çin Rusiyanın Ukraynada möhkəmlənməsinə dəstək verir”.
Azadmedia.az-ın məlumatına görə, bunu ABŞ dövlət katibinin müavini Kurt Kempbell “Defence News” jurnalına müsahibəsində bildirib.
Belə ki, onun sözlərinə görə, bu fikir bir neçə aylıq ətraflı araşdırmaların nəticəsində formalaşıb.
Həmçinin K. Kempbell onu da bəyan edib ki, rəsmi Pekinin sayəsində Rusiya tərəfi regionda müharibəni davam etdirmək üçün hərbi arsenalını daha da gücləndirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.