Almaniyanın xarici işlər naziri Annalena Berbok Avropa və dünyadakı tərəfdaşlarını Ukraynanın hava hücumundan müdafiə ehtiyaclarını qarşılamaq üçün tədbirlər görməyə çağırıb.
Azadmedia.az xəbər verir ki, o, bu barədə "X"də paylaşım edib.
Belə ki, "Mən indicə Dmitro Kulebadan Ukraynanın təcili olaraq daha çox hava hücumundan müdafiə sisteminə ehtiyacı olduğunu eşitdim. Özümü hava hücumundan müdafiə sistemlərinin həyat xilas etdiyi Odessa və Xarkovda təsəvvür etdim. Biz birlikdə Avropadakı və dünyadakı tərəfdaşları əllərindən gələni etməyə çağırırıq", - deyə Almaniya XİN başçısı qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.