Martın 31-də keçirilmiş yerli idarəetmə orqanlarına seçkilərdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədinin qalib gəldiyi Ərdəhanda Ədalət və İnkişaf Partiyasının (AK Partiya) etirazı ilə seçkilər təkrarlanacaq.
Azadmedia.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Belə ki, AKP-nin şəhər təşkilatı bütün bülletenlərin yenidən sayılması və seçkinin ləğvi üçün Mərkəz Rayon Seçki Şurasına etiraz edib.
Həmçinin Şura AKP-nin ərizə ilə təqdim etdiyi dəlillərə əsaslanaraq səs çoxluğu ilə seçkilərin yenilənməsinə qərar verib. Səsvermə iyunun 2-də baş tutacaq.
Bununla belə, CHP-nin namizədi, şəhərin həm də hazırkı bələdiyyə başçısı olan Faruk Dəmir Sözcü TV-yə seçki qurumunun bu qərarına etiraz edəcəyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.