AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan ilə ŞKTC arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb - Türkiyənin vitse-prezidenti

  • + A
  • - A
  • 6-04-2024, 18:46

    Azərbaycan ilə ŞKTC arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb -


    Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz Azərbaycan Respublikası Milli Məclisinin Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması haqqında qərarını alqışlayıb.

    Belə ki, C.Yılmaz Lefkoşada jurnalistlərlə söhbətində işçi qrupunun fəaliyyətinin KKTC və Azərbaycanın rifahına xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

    Həmçinin “Bu gün mən bu xoş xəbəri bölüşmək istəyirəm: Azərbaycan ilə ŞKTC arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Ümid edirik ki, onun fəaliyyəti iki qardaş dövlətin maraqlarına töhfə verəcək. Bu gün artıq belə deyirik: “Bir millət, üç dövlət”, - deyə C.Yılmaz vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR