2023-cü il oktyabrın 7-dən bəri İsrail ordusu Qəzzada HƏMAS-ın 24 batalyonundan 19-nu məhv edib.
Azadmedia.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
Belə ki, "Bu gün müharibənin başlamasından altı ay keçir. Nailiyyətlər böyükdür, HƏMAS-ın 24 batalyonundan 19-nu, o cümlədən yüksək səviyyəli komandirləri məhv etdik. Biz xeyli sayda HƏMAS terrorçusunu öldürdük, yaraladıq və ya əsir götürdük”, - deyə Netanyahu bildirib.
Həmçinin onun sözlərinə görə, İsrail Rəfah da daxil olmaqla, HƏMAS-ın bütün Qəzzada məhv edilməsini başa çatdırmaqda qərarlıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.