AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan MDB Xarici İşlər Nazirləri Şurasının Minskdə keçiriləcək iclasında iştirakdan imtina edib

  • + A
  • - A
  • 8-04-2024, 23:12

    Ermənistan MDB Xarici İşlər Nazirləri Şurasının Minskdə keçiriləcək iclasında iştirakdan imtina edib

    Ermənistan Respublikasının xarici işlər naziri MDB Xarici İşlər Nazirləri Şurasının Minsk iclasında iştirak etməyəcək. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi erməni tərəfinin iştirakdan imtina edəcəyini bildirib.

    Bu barədə o, Sputnik Ermənistan-a məlumat verib.

    “Mirzoyan MDB üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının aprelin 12-də Minskdə keçiriləcək iclasında iştirak etməyəcək” – Ani Badalyan bildirib.

    Xatırladaq ki, ötən həftə Ermənistan tərəfi MDB İqtisadi Şurasının növbəti iclasına yüksək səviyyəli nümayəndə heyəti göndərməmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR