AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə Prezidentinin Səudiyyə Ərəbistanı vəliəhdi ilə telefon danışığı baş tutub - KİV

  • + A
  • - A
  • 9-04-2024, 08:33

    Türkiyə Prezidentinin Səudiyyə Ərəbistanı vəliəhdi ilə  telefon danışığı baş tutub -

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanı vəliəhdi, şahzadə Məhəmməd bin Salman arasında telefon danışığı baş tutub.
    Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

    Belə ki, söhbət zamanı ikitərəfli əlaqələr, qlobal və regional məsələlər müzakirə olunub.

    Həmçinin Ərdoğan İsrailin Fələstinə qarşı hücumlarının tez bir zamanda dayandırılması və BMT Təhlükəsizlik Şurasının (TŞ) atəşkəs qərarının həyata keçirilməsi üçün islam dünyasının daha çox səy göstərərək məhsuldar şəkildə birlik nümayiş etdirməsinin vacibliyini qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR