ABŞ İsrailin konsulluğumuza hücumuna yaşıl işıq yandırdı.
Azadmedia.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Dəməşqdə Suriyanın xarici işlər naziri Feysal Mikdad ilə birgə mətbuat konfransında deyib.
Belə ki, “Netanyahunun ABŞ-ın yaşıl işığı olmadan belə bir şey edə bilməsi mümkün görünmür. Vaşinqtonun bu hücumu pisləyən bəyanat yaymaması onun İsrailə yaşıl işığının işarəsidir”,- deyə o bildirib.
Qeyd edək ki, o, amerikalıların İrana mesaj göndərərək, Dəməşqdəki konsulluğa hücumda onlarla İsrail arasında koordinasiyanın olmadığını vurğuladıqlarını deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.