Ermənistan və Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər.
Azadmedia.az "Novosti Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan jurnalistlərə açıqlamasında deyib.
"Hökumətlər xeyli müddətdir dayandırılmış delimitasiya işlərinin bərpası ilə bağlı razılığa gəliblər. Hazırda hər iki ölkə delimitasiya komissiyalarının tərkibini yeniləyib. Lakin görüşlər hələ baş tutmayıb", - o bildirib.
Nazir müavini ilk görüşün tez bir zamanda olacağına ümid etdiyini diqqətə çatdırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.