AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yaxın Şərq regionu hazırda genişmiqyaslı münaqişə astanasındadır - BMT-nin Baş katibi

  • + A
  • - A
  • 15-04-2024, 10:16

    Yaxın Şərq regionu hazırda genişmiqyaslı münaqişə astanasındadır -

    Yaxın Şərq regionu genişmiqyaslı münaqişə astanasındadır, vəziyyətin gərginliyini azaltmaq üçün dərhal tədbirlər görülməlidir.

    Azadmedia.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş İranın İsrailin hərbi obyektlərinə hücumu ilə bağlı çağırılan Təhlükəsizlik Şurasının iclasında deyib.

    Belə ki, “Bölgədəki insanlar dağıdıcı tammiqyaslı münaqişənin real təhlükəsi ilə üz-üzədir. Gərginliyi və eskalasiyanı azaltmağın vaxtı çatıb. Yaxın Şərqdə bir çox cəbhədə böyük hərbi qarşıdurmaya səbəb ola biləcək hər hansı hərəkətlərdən qaçmaq həyati əhəmiyyət kəsb edir", - deyə dünya təşkilatının rəhbəri bildirib.

    Həmçinin Baş katib əlavə edib ki, nə region, nə də dünya yeni müharibələrə tab gətirə bilməz.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR