Rusiya ilə Ukrayna, İsrail və HAMAS arasında müharibənin davam etdiyi bir vaxtda Fransa Prezidenti Emmanuel Makron Olimpiya atəşkəsinin əldə oluna biləcəyinə hələ də ümid etdiyini deyib.
Azadmedia.az xəbər verir ki, bu barədə Fransa dövlət başçısı bu barədə BFMT TV və RMC-nin suallarını cavablandırarkən bildirib.
Belə ki, "Biz Olimpiya atəşkəsi üçün çalışacağıq", - deyə Prezident Makron qeyd edib.
Həmçinin Makron əlavə edib ki, Çin Xalq Respublikasının Sədrindən bu mövzuda kömək istəyəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.