Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri mayın 8-də başa çatıb.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Bolqarıstan Prezidenti Rumen Radevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola salıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.