AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dərbənd və Mahaçqala şəhərlərində baş verən terror aktları nəticəsində xeyli insan xəsarət alıb - KİV

  • + A
  • - A
  • 23-06-2024, 23:21

    Dərbənd və Mahaçqala şəhərlərində baş verən terror aktları nəticəsində xeyli insan xəsarət alıb -


    Dağıstanın (Rusiya Federasiyası) Dərbənd və Mahaçqala şəhərlərində baş verən terror aktları nəticəsində 23 nəfər xəsarət alıb.

    Azadmedia.az xəbər verir ki, bu barədə “112” Teleqram kanalı mənbəyə istindən yazıb.

    Belə ki, Dağıstanın Daxili İşlər Nazirliyi isə bildirib ki, hüquq-mühafizə orqanının 6 əməkdaşı həlak olub, 12-si yaralanıb.

    Həmçinin Milli Antiterror Komitəsinin informasiya mərkəzi bütün Dağıstan ərazisində antiterror əməliyyatı rejimi tətbiq edildiyi, hazırda kilsə və sinaqoqu atəşə tutan yaraqlıların zərərsizləşdirilməsi üçün tədbirlər görüldüyünü açıqlayıb.

    Qeyd edək ki, bu gün axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR