AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 27-08-2024, 11:32

    Sutka ərzində baş verən cinayət və hadisələr

    DİN-in Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə,

    - Avqustun 26-da ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 90, o cümlədən borclu şəxs qismində axtarışda olan 69 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.
    ***

    *Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.*
    *Avqustun 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 tapança, 2 tüfəng, 2 patron darağı və 8 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.*
    ***

    *Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir.*
    *Avqustun 26-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 7 tüfəng və 2 ədəd patron darağı aşkar edilərək götürülüb.*
    ***

    *Polis əməkdaşlarının avqustun 26-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.*
    ***

    *Avqustun 26-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.*
    ***

    Mahir Məsimov: DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, avqustun 27-də saat 09 radələrində Zaqatala rayonunda 1946-cı il təvəllüdlü Tariyel Əhmədovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
    Əməli törətməkdə şübhəli bilinən, 1960-cı il təvvəllüdlü Həsən Davudov daha sonra həmin ov tüfəngi ilə özünü öldürüb.
    Araşdırma aparılır.
    ***

    *Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən evlərin birindən 650 manat, 150 manat dəyərində tütün məmulatının oğurlanması barədə polisə məlumat daxil olub.*
    *Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə* oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş T.Zalov müəyyən olunaraq saxlanılıb.
    Araşdırma aparılır.
    ***

    *Nəsimi rayonu H.Seyidzadə küçəsində yerləşən marketlərin birindən ödəmə terminalından pul vəsaitinin (məbləğ dəqiqləşdirilir) oğurlanması barədə polisə məlumat daxil olub.*
    *Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən E.Heybətov müəyyən olunaraq saxlanılıb.*
    *Araşdırma aparılır.*
    ***

    *Yasamal rayonu F.İbrahimbəyov küçəsində bir nəfərin 770 manat və mobil telefonunun oğurlanması barədə polisə məlumat daxil olub.*
    Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinənlər O.Fətəliyev, əvvəllər məhkum olunmuşlar C.Axundov, T.Cabbarov müəyyən olunaraq saxlanılıblar.
    Araşdırma aparılır.
    ***

    *Xırdalan şəhəri ərazisində bir nəfəri aldadaraq hesabına 400 manat ödətdirilməsi ilə bağlı Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.*
    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən N.Kəngərli müəyyən olunaraq saxlanılıb.
    Araşdırma aparılır.
    ***

    *Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində “Honda” markalı avtomobilin şüşələrinin sındırılması ilə bağlı polisə məlumat daxil olub.*
    Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobilə 2000 manatlıq ziyan vurmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş H.Behbudov müəyyən olunaraq saxlanılıb.
    Araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR