AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Livanlı nazir İsrailin hücumları nəticəsində ölkəyə dəymiş ekoloji zərərdən danışıb

  • + A
  • - A
  • Bu gün, 16:25

    Livanlı nazir İsrailin hücumları nəticəsində ölkəyə dəymiş ekoloji zərərdən danışıb


    Livanın ətraf mühit naziri Tamara Əl-Zeyn İsrailin Livana qarşı hərbi əməliyyatları nəticəsində ölkənin təbiətinə ciddi ziyan dəydiyini bildirib.

    Nazir bu barədə oktyabrın 16-da İrəvanda COP17 çərçivəsində keçirilən “Biomüxtəliflik liderlərinin sammiti”ndə çıxışı zamanı danışıb.

    Onun sözlərinə görə, Livan zəngin təbii və mədəni irsə malik olsa da, hazırda iqlim dəyişikliyi, torpaqların deqradasiyası, biomüxtəlifliyin itirilməsi, uzunmüddətli iqtisadi böhranlar, tez-tez baş verən yanğınlar və İsrailin Livanda apardığı müharibənin ekoloji nəticələri ilə üzləşir.

    Tamara Əl-Zeyn qeyd edib ki, Dünya Bankının məlumatlarına əsasən, 2023–2024-cü illərdəki müharibə nəticəsində Livanın ətraf mühit sektoruna dəyən zərər 512 milyon dolları ötüb. O, bu məbləğə 2026-cı ildə yaranan itkilərin də əlavə edilməli olduğunu vurğulayıb.

    Nazirin sözlərinə görə, bombardmanlar, o cümlədən ağ fosfordan istifadə nəticəsində meşələrin, təbiət qoruqlarının, kənd təsərrüfatı torpaqlarının və təbii yaşayış mühitlərinin hektarlarla ərazisi məhv edilib.

    Ciddi çətinliklərə baxmayaraq, Livanın ətraf mühitin mühafizəsi istiqamətində fəaliyyətini davam etdirdiyini bildirən nazir vurğulayıb ki, müharibədən sonrakı bərpa prosesində ətraf mühitin yenidən qurulması əsas prioritetlərdən birinə çevrilməlidir.

    Tamara Əl-Zeyn, həmçinin Livanın tərəfdaşlarını ölkədə islahatların həyata keçirilməsinə dəstək verməyə çağırıb. O, xüsusilə hələ də ciddi problemlərin mövcud olduğu sahələrdə beynəlxalq əməkdaşlığın vacibliyini qeyd edib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR