AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb

  • + A
  • - A
  • Bu gün, 16:40

    Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb

    Azərbaycan Baş naziri Əli Əsədov Azərbaycan Milli Paralimpiya Komitəsinin 30 illik yubiley tədbirlərində iştirak edən beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb.

    Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

    Görüşdə Azərbaycanda idmanın, o cümlədən paralimpiya hərəkatının inkişafının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu vurğulanıb, bu sahədə yaradılmış müasir infrastruktur və əldə olunmuş beynəlxalq nailiyyətlər barədə məlumat verilib.

    Milli Paralimpiya Komitəsinin 30 illik fəaliyyəti ərzində Azərbaycan paralimpiyaçılarının mühüm uğurlar qazandığı diqqətə çatdırılıb.

    Görüşdə beynəlxalq və milli paralimpiya komitələri ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər, o cümlədən beynəlxalq paraidman yarışlarının təşviqi, qarşılıqlı təcrübə mübadiləsi və yeni birgə təşəbbüslərin həyata keçirilməsi perspektivləri müzakirə olunub


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR