AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 8-01-2024, 11:51

    Sutka ərzində baş verən cinayət və hadisələr

    DİN-in Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə,

    - *Yanvarın 7-də ölkə ərazisində qeydə alınan* 62, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 24, o cümlədən borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 43 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.
    ***

    Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir

    Yanvarın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat, 24 ədəd müxtəlif markalı tüfəng, 5 patron darağı və 245 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
    ***

    Yanvarın 7-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat, 1 ədəd tapança, 1 ədəd patron darağı, 19 ədəd müxtəlif markalı tüfəng və 19 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
    ***

    Beyləqan rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb, digər tədbirlərlə isə silah-sursat aşkar edilərək götürülüb.

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Namət Əhmədli saxlanılıb. Onun üzərində və yaşadığı ünvanda müvafiq axtarış aparılarkən 2 kiloqramdan artıq marixuana və 17 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb. O, dindirilərkən narkotik vasitələrin onlayn olaraq satışı ilə məşğul olduğunu etiraf edib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

    Polis əməkdaşları tərəfindən keçirilən digər tədbirlər zamanı silah-sursat aşkar edilərək götürülüb. Belə ki, ilk olaraq rayon ərazisindəki məişət tullantılarının atıldığı ərazidən 1 ədəd "Kalaşnikov AK-74" markalı avtomat, ona məxsus daraq və 22 ədəd patron, 2 ədəd "Toz" markalı tüfəng aşkarlanaraq götürülüb. Bundan əlavə, rayon sakinindən müvafiq sənədləri olmayan ov silahı da aşkar edilərək götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.
    ***

    Polis əməkdaşlarının yanvarın 7-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 35 kiloqram olan narkotik vasitə, həmçinin 335 ədəd güclü təsiredici və narkoitk tərkibli həb aşkar olunaraq götürülüb.

    Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 777 qram heroin, 34 kiloqram 142 qram marixuana, 43 qram tiryək, 36 qram metamfetamin, həmçinin 205 ədəd metadon və 130 ədəd narkotik tərkibli həb olub.

    *Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.*
    ***

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisindən* 1 ədəd pulemyot, 33 ədəd müxtəlif markalı avtomat silahı, 2 ədəd tapança, 7 ədəd tüfəng, 22 ədəd qumbara, 23 ədəd qumbara alışdırıcısı, 10.665 ədəd müxtəlif çaplı patron, 2 ədəd optik nişangah, 5 ədəd penal dəsti, 1 ədəd “Kalaşnikov” pulemyotuna aid sursat , 186 ədəd patron darağı, 1 ədəd süngü-bıçaq, 27 ədəd daraq üçün çanta, 3 ədəd binokl və 4 ədəd rabitə qurğusu, *Xocalı rayonu ərazisindən isə* 3270 ədəd müxtəlif çaplı patron, 1 ədəd tank əleyhinə mina, 4 ədəd əl qumbarası, 12 ədəd “RPQ-7” mərmisi və 8 ədəd avtomat darağı aşkar olunaraq götürülüb.
    ***

    Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini Niyaməddin Adıgözəlov saxlanılıb. Ondan heroin aşkar olunub.

    Davam etdirilən tədbirlərlə onun İnşaatçılar qəsəbəsində yaşadığı mənzilə baxış zamanı* oradan metamfetamin, *həmçinin orada olan 3 qadından isə heroin, metamfetamin və metadon həbi aşkar olunaraq götürülüb.

    Araşdırma aparılır.
    ***

    *Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə* paytaxt sakini olan bir nəfərin bank kartından hesabındakı 245 manat pulunu oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini olan 2 qadın müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.
    ***

    *Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə* saxlanılan Lerik rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Qafur Kərimovdan tüfəng və 13 ədəd patron aşkar olunaraq götürülüb.

    Araşdırma aparılır.
    ***

    Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Çobanabdallı kənd sakini, əvvəllər məhkum olunmuş Valəddin Məmmədovdan 1 ədəd avtomat darağı, 4 ədəd patron, həmçinin Əhmədbəyli kəndi ərazisində gizlətdiyi 1 ədəd nömrəsi silinmiş “AK-74” markalı avtomat silah aşkar olunaraq götürülüb.

    Araşdırma aparılır.
    ***

    *Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə* yanvarın 2-də Lökbatan qəsəbəsi ərazisində “DAF” markalı yük avtomobilindən 2 ədəd akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Əhmədov saxlanılıb.

    Araşdırma aparılır.
    ***

    Yanvarın 4-də Xətai rayonu ərazisində 1400 manat dəyərində qaynaq aparatının oğurlanması barədə polisə məlumat daxil olub.

    Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Vəliyev saxlanılıb.

    Araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR