AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 6-01-2024, 13:14

    Sutka ərzində baş verən cinayət və hadisələr

    Yanvarın 5-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
    ***

    Axtarışda olduğuna görə ümumilikdə 9, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    ***

    Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib.
    ***

    Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.
    ***

    Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə ötən il dekabrın 24-də Biləcəri qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobildən 500 manat pul və şəxsi əşyaları oğurlamaqda şübhəli bilinən Qubadlı rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş G.Abdullayev müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.
    ***

    Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 29-da Abşeron rayon sakini V.Surxayevanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Ford” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini N.Əliyev müəyyən olunaraq saxlanılıb.
    Araşdırma aparılır.
    ***

    Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Şəmkir rayonunun Keçili kəndi ərazisindəki dəmiryolu xəttinin yaxınlığında 1 ədəd “F-1” qumbarası, 2 ədəd tüstüverici şaşka, 1 ədəd alışdırıcı, 42 ədəd müxtəlif çaplı patron və 2 ədəd patron darağı tapılıb.
    ***

    Paytaxtın Suraxanı rayonunda müxtəlif evlərdən 1500 manat pul, 4000 manat dəyərində qızıl-zinət, 400 manat dəyərində gümüş və geyim, sənədlər, bank kartları, parfümeriya əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlində şübhəli bilinənlər—Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İ.Əhmədov və R.Həsənov müəyyən olunaraq saxlanılıblar.
    Araşdırma aparılır.
    ***

    Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir*

    Yanvarın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

    * * *
    Suraxanı RPİ 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Zığ qəsəbəsi ərazisində nömrəsi silinmiş “AKM” markalı avtomat silah, 30 ədəd patron və 1 ədəd patron darağı tapılıb.
    ***

    Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağdərə şəhəri ərazisində 1 ədəd “F-1” qumbarası, 919 ədəd avtomat patronu, 9 ədəd patron darağı və 1 ədəd süngü bıçaq tapılıb.
    ***

    Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Salyan rayon sakini, əvvəllər məhkum olunmuş B.Cavadov saxlanılıb. Ondan 44 qramdan artıq heroin və 49 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb.
    Araşdırma aparılır.
    ***

    Xankəndi şəhərində polis əməkdaşları tərəfindən döyüş silah-sursatlarının və partlayıcıların təmizlənməsi istiqamətində tədbirlər davam etdirilir.
    ***

    Şəhər ərazisində 2 ədəd “AKS-74”, 1 ədəd “AK-74M”, 4 ədəd “AK-47”, 1 ədəd “AK-103”, 4 ədəd “AKMS”, 5 ədəd “AK-74” markalı avtomat silah, 2 ədəd “TOZ” markalı ov tüfəngi, 1 ədəd “APS” markalı tapança, 2 ədəd “Makarov” markalı tapança, 6 ədəd qumbara, 1 ədəd “PK” markalı pulemyot, 2536 ədəd müxtəlif çaplı patron, 4 ədəd süngü-bıçaq, 39 ədəd patron darağı və 30 ədəd daraq aşkarlanıb.
    ***

    Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində nömrəsi silinmiş “AKM” markalı avtomat silah və 27 ədəd patron tapılıb.
    ***

    Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki mağazaların birindən 970 manat oğurlamaqda şübhəli bilinən Alar kənd sakinləri Ş.Mirzəyev və əvvəllər məhkum olunmuş V.Məsimov müəyyən olunaraq saxlanılıb.
    Araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR