AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda səhər işə gedən qadın öldürüldü – Təfərrüat

  • + A
  • - A
  • 8-10-2018, 11:21

    Bakıda səhər işə gedən qadın öldürüldü – Təfərrüat















    Bakı şəhərinin Suraxanı rayonunda qətl törədilib.

    Publika.az xəbər verir ki, dünən Qaraçuxur qəsəbəsi ərazisində küçədə naməlum şəxs qadına hücum edərək onu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Ətrafdakı şəxslər qadına kömək edə bilməyib və o, hadisə yerindəcə keçinib.

    Polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb. Onun həmin qadının keçmiş həyat yoldaşı olduğu üzə çıxıb.

    Naməlum şəxsin hücumu nəticəsində çoxsaylı bədən xəsarətləri ilə öldürülən qadının 1985-ci il təvəllüdlü Məmmədova Əfsanə Fəxrəddin qızı olması müəyyən edilib.

    İlkin araşdırmalar zamanı məlum olub ki, 33 yaşlı qadını bir müddət əvvəl rəsmən boşandığı həyat yoldaşı, 1983-cü ildə anadan olmuş Məmmədov Xosrov Elman oğlu qətlə yetirib.

    Bildirilir ki, Əfsanə ilə Xosrov boşanandan sonra da, onların arasındakı münaqişə davam edib. Oktyabrın 6-da səhər işə getmək üçün evdən çıxan Əfsanə yolda keçmiş əri ilə qarşılaşıb. X.Məmmədov əvvəlcədən planlaşdırdığı kimi 2 övladının anası olan Əfsanəyə hücum edərək ona çoxsaylı zərbələr endirib. Ətrafdakı şəxslər ona mane ola bilməyib və qadın hadisə yerindəcə keçinib.

    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. X.Məmmədov tutularaq istintaqa təhvil verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR