AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Göyçayda narkotiklərin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar

  • + A
  • - A
  • 12-09-2024, 09:41

    Göyçayda narkotiklərin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar


    Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər zamanı narkotiklərin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, “VAZ-2104” markalı avtomobilin sürücüsü Elçin Abdullayev və “VAZ-2106”-nın sürücüsü Cavid Yusifov yol hərəkəti qaydalarını pozduqları üçün onlara “saxla” işarəsi verilib. Yoxlama zamanı sürücülərin narkotik vasitə qəbul etmələrinə dair şübhə yarandığından onlar tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən hər ikisinin narkotik vasitə marixuana istifadə etdikləri məlum olub. Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR