AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin sədri: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişir, yeni imkanlar açır

  • + A
  • - A
  • Bu gün, 11:56

    Milli Məclisin sədri: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişir, yeni imkanlar açır

     
    Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişir, yeni imkanlar açır.

    Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclasında deyib.

    Onun sözlərinı görə, Zəngəzur dəhlizi çox ciddi əhəmiyyətə malikdir. 

    S.Qafarova Vaşinqton razılaşmasının ardınca beynəlxalq ictimaiyyətin də müsbət reaksiyalarının olduğunu qeyd edib.

    Spiker ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılmasına da toxunaraq bunun sülh prosesinə töhfə verəcəyini vurğulayıb.

    "Regionumuzda uzunmüddətli sülh və əməkdaşlıq üçün təməl yaradılmaqdadır. Bütün bunlar Prezident İlham Əliyevin sülh diplomatiyası və liderliyinin bariz göstəricisidir", - S.Qafarova söyləyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR