AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sumqayıt Tibb Mərkəzində yeni Hemodializ şöbəsi fəaliyyətə başlayıb

  • + A
  • - A
  • Bu gün, 16:36

    Sumqayıt Tibb Mərkəzində yeni Hemodializ şöbəsi fəaliyyətə başlayıb

    Sumqayıt Tibb Mərkəzinin nəzdindəki 2 nömrəli Şəhər Xəstəxanasında yeni Hemodializ şöbəsi istifadəyə verilib.
    TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və aidiyyəti struktur bölmə rəhbərləri yeni qurulan şöbənin fəaliyyəti ilə tanış olub.

    Hemodializ şöbəsi haqqında məlumat verən Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov bildirib ki, 10 çarpayı ilə təmin olunan yeni şöbədə sutka ərzində 60-a yaxın pasiyentin dializ müalicəsi nəzərdə tutulub. Burada Almaniya istehsalı olan 10 ədəd “Fresenius Medical Care” hemodializ aparatının quraşdırıldığını qeyd edən müəssisə rəhbəri bölgə üzrə xəstəlikdən əziyyət çəkən şəxslərin müalicə işinin təşkilində şöbənin əhəmiyyətli rol oynayacağını vurğulayıb.

    Dializ zalı, osmos otağı, həkim otaqları və gözləmə zalı yerləşən şöbədə həkimlər, texniklər və tibb bacıları daxil olmaqla, ümumilikdə 34 nəfərlik tibbi heyət fəaliyyət göstərəcək.
    Qeyd edək ki, Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Şəhər Xəstəxanasında da Hemodializ şöbəsi fəaliyyət göstərir və o, 2014-cü ildən pasiyentlərin xidmətindədir.

    Əlavə edək ki, hemodializ xroniki və kəskin böyrək çatışmazlığı olan xəstələrdə böyrəklərin fəaliyyətinin pozulması nəticəsində bədəndə toplanan zərərli maddələrin və mayenin xaric edilməsi üsuludur. Hemodializ böyrək köçürülməsi planlanan xəstələrdə əməliyyata qədər alternativ çıxış yoludur.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR