AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BDU-nun Astrofizika kafedrası: “Geomaqnit qasırğası bu gün günorta saatlarınadək davam edəcək”

  • + A
  • - A
  • 17-09-2024, 11:55

    BDU-nun Astrofizika kafedrası: “Geomaqnit qasırğası bu gün günorta saatlarınadək davam edəcək”

    Günəşdə davamlı və uzun müddət baş verən alışmalar hesabına aktivlik yüksək həddə qalxıb. M (radiodalğaları əngəlləyən, yayılmasına mane olan), eləcə də X sinif (güclü) alışmalar hesabına Günəş aktivliyi Yerdə maqnit qasırğaları yaradıb.
    BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Günəşdə baş vermiş tac kütlə atılmaları hesabına sentyabrın 16-sı günün yarısından başlayaraq G1(mülayim), sonradan G2 (orta) səviyyəli maqnit qasırğası baş verib. Gecə qasırğa səviyyəsi G3-ə (güclü) çatıb. Maqnit qasırğası sentyabrın 17-si günorta saatlarınadək davam edəcək. Günota saatlarından sonra Yerin geomaqnit sahəsi normal səviyyəyə düşəcək.
    Geomaqnit qasırğa yüksək coğrafi enliklərdə G2-G3 səviyyəsində, orta coğrafi enlıiklərdə G1 səviyyəsində hiss olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR