AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakının “kabuslu” yaşayış binasında daha bir intihar şoku

  • + A
  • - A
  • 25-10-2018, 11:11

    Bakının “kabuslu” yaşayış binasında daha bir intihar şoku















    Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən, “Şərur” MTK-ya məxsus binada daha bir intihar hadisəsi baş verib. Bu barədə Sputnik Azərbaycan-a ərazi sakinləri məlumat veriblər. Bildirilib ki, dünən saat 17.10 radələrində Ə.Əhmədov küçəsindəki 24 B saylı binanın 8-ci mərtəbəsindən gənc qız özünü ataraq intihar edib.

    Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, intihar edən şəxs 2001–ci il təvəllüdlü İsgəndərova Aytac Anar qızıdır. Hadisə binanın 8-ci mərtəbəsində baş verib.

    Əldə etdiyimiz məlumata görə, A.İsgəndərəovanın psixoloji problemləri olub. İntihar faktı da hələlik bununla əlaqələndirilir.

    Aytac İsgəndərovanın Yasamal rayon sakini olduğu bildirlir. Hazırda faktla bağlı araşdırma aparılır.

    Xatırladaq ki, cari il iyul ayının 17-də də “Şərur” MTK-ya məxsus binada bənzər intihar hadisəsi baş vermişdi. Həmin vaxt 2000-ci il təvəllüdlü Nərgiz Vəliyeva Ə.Əhmədov küçəsindəki 24 B saylı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar etmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR