Ordubadda sirkədən zəhərlənən 54 yaşlı qadın ölüb.
Hadisə rayonun Aşağı Əndəmic kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1970-ci il təvəllüdlü Hacıyeva Bəyim Ələkbər qızı sirkə içib. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Ordubad rayon prokurorluğunda araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.