AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Gəlib səni təpiyimin altına salacam" - Bələdiyyə sədri jurnalisti hədələdi...

  • + A
  • - A
  • 27-02-2017, 09:52

    "Gəlib səni təpiyimin altına salacam" - Bələdiyyə sədri jurnalisti hədələdi...

















    “Satira” jurnalının baş redaktoru Tapdıq Həsənov yazdığı tənqidi məqaləsinə görə hədələnib. Bu barədə saytımıza jurnalistin özü məlumat verib

    Onun sözlərinə görə, son vaxtlar İmişli rayonundakı oliqarxların yerli idarəçiliyi əldə saxlaması, onlara məxsus müəssisələrin enerji haqlarını və vergi öhdəliyini tam həcmdə yerinə yetirməkdən yayınmaları barədə KİV-də tənqidi yazı dərc edib. Həmin məqalədə T. Həsənov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin regional idarə rəisi, İmişli şəhərində fəaliyyət göstərən “Kral” şadlıq sarayının, “Araz” konservləşdirilmiş şirələr və konyak zavodunun sahibi Saleh Səmədovun bəzi əməlləri ilə yanaşı, İftixar Əliyev ad-soyadlı bir şəxsin İmişli bələdiyyəsinin başına necə gətirilməyi və nəyə görə bu vəzifədən kənarlaşdırılmasına da toxunub:

    “İftixar Əliyev uzun müddət idi ki, rayondan kənarda idi. Bu adamın adı 2014-cü ilin seçici siyahısında Qaradağ rayonundakı 26 saylı seçki məntəqəsində keçirdi. Qabaqcadan düşünülmüş şəkildə həmin ilin mayında təcili olaraq İmişliyə qeydiyyata alınıb. YAP-ın rayon təşkilatı da bələdiyə seçkilərinə bir ay qalmış onu ilk təşkilatlardan birinə üzv edib. Beləcə İmişli bələdiyyəsinə YAP-ın namizədi kimi qatılıb, əvvəlcə üzv, ardınca isə sədr seçilib. Təbii ki, öz katibəsini də bu bələdiyyəyə üzv edən Saleh Səmədov üçün İftixar Əliyevi “seçdirmək” çətin olmayıb.”

    Tapdıq Həsənov daha sonra qeyd edir ki, bələdiyyə sədri özbaşına hərəkətlərinin və vəzifəli şəxsə layiq olmayan davranışının qurbanı olub:

    “Məzuniyyətdə olduğu bir vaxtda İftixar Əliyev Heydər Əliyev parkında çoxillik küknar ağaclarını kəsdirib. Rayonun icra başçısı ondan nə üçün bu işi gördüyünü soruşduqda, bələdiyyə sədri öz himayədarını nəzərdə tutaraq “ağsaqqal tapşırıb” cavabı verir. Bu cavab rayon rəhbərini qəzəbləndirir və o, əlaqədar təşkilatlara rəsmi qaydada müraciət edərək “yaşıl soyqırım”ı həyata keçirənlərin cəzalandırılmasını istəyir. Demə Saleh Səmədovun sözü çox yerdə keçərlli imiş. Ekologiya və Tbii Sərvətlər Nazirliyinin yerli idarəsi az miqdarda cərimə yazmaqla onlara üzgörənlik edib.”

    Baş redaktor bildirir ki, məlumatı ictimailəşdirdiyinə görə İftixar Əliyev tərəfindən hədələnib: “Fevralın 23-də günün birinci yarısı o, mobil telefonuma zəng edərək, məni təhqir və təhdid etdi, gəlib Bakının ortasında təpiyinin altına salaraq döyəcəyi ilə hədələdi. Mən daxili işlər nazirinə bu barədə ayrıca müraciət edəcəyəm. Amma buradaca qeyd edim ki, belə ağıl və tərbiyədə olan adamın idarəetmə orqanının başına keçməsi, əslində toplumun faciəsidir.”

    Qeyd edək ki, şikayət məktubunda adı keçən şəxslərin də mövqeyini olduğu kimi işıqlandırmağa hazırıq. (moderator.az)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR