Tanınmış naşirin evi yandı, külli-miqdarda ziyan dəydi. Azadmedia az xəbər verir ki, bu barədə yazıcı Cəlil Cavanşir sosial media hesabında yazaraq, insanları naşirə dəstəyə səsləyib. C.Cavanşirin yazısını və hadisə yerindən fotoları təqdim edirik:"Dəyərli dostlar!
Əziz oxucular, yazıçılar, şairlər, tərcüməçilər və naşirlər!
Təxminən bir həftə öncə “Mücrü” nəşriyyatının rəhbəri, yazıçı dostum Müşfiq Xanın evi yanıb.
Müşfiq Xanın ailəsinə və nəşriyyata külli miqdarda ziyan dəyib. Sevinirəm ki, ailə üzvləri və özü sağ-salamatdır.
Bu 2024-cü ildə Müşfiqin yaşadığı ikinci oxşar və ağır hadisədir.
Düşünürəm ki, bu ağır gündə ona bacardığımız qədər dəstək olmaq lazımdır.
Bu barədə dəyərli şairimiz Səlim Babullaoğlu da paylaşım edib. Mən də çağırışa qoşulub, hər kəsi Müşfiq Xana dəstək olmağa çağırıram.
Müşfiq Xan Azərbaycan kitabı üçün əlindən gələni edən naşir, istedadlı yazıçıdır. Hər zaman yazıçı və şairlərə dəstək verib, kitab üçün çalışıb.
Bu çətin günlərində Müşfiq Xanı və "Mücrü" Nəşriyyatını tək qoymayaq!
4169 7388 4553 5313 (Müşfiq Fərziyev)
Yaman günün ömrü az olar! Bütün çətinliklər keçəcək, Xan! Möhkəm ol!".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.