Balakəndə yaşayış evi yanıb.
Yanğın Balakən şəhərinin Rəşid Behbudov küçəsində baş verib. Yanğın yerinə Balakən Rayon Yanğından Mühafizə Hissəsinin texnikaları cəlb olunub. Yanğın zamanı 1984-cü il təvəllüdlü Xanlayev Çingiz Fəxrəddin oğluna məxsus
ümumi sahəsi 96 kvadratmetr olan yaşayış evi içərisindəki əşyalarla birlikdə tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.