AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

109 yaşlı qadının meyiti aşkar edilib, aidiyyəti üzrə təhvil verildi

  • + A
  • - A
  • Bu gün, 11:44

    109 yaşlı qadının meyiti aşkar edilib, aidiyyəti üzrə təhvil verildi

    Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində vətəndaşın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

    Xilasedicilər tərəfindən doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısı müvafiq vasitələrlə açılıb və 1915-ci il təvəllüdlü Əhmədova Nübar Mayıl qızının meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR