AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Meşədə 18 yaşlı qıza qarşı DƏHŞƏTLİ ƏMƏL – Feysbuk yazışmaları üzə çıxdı

  • + A
  • - A
  • 12-11-2018, 10:57

    Meşədə 18 yaşlı qıza qarşı DƏHŞƏTLİ ƏMƏL – Feysbuk yazışmaları üzə çıxdı














    Türkiyənin Kahramanmaraş vilayətinin Türkoğlu qəsəbəsində törədilmiş ağır cinayətin üstü açılıb.

    “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, meşə sahəsindən keçən su kanalından meyiti tapılan 18 yaşlı Fatma Nur Karaoğlanın qatilinin tapılmasında onun feysbuk yazışmalarının müstəsna rolu olub. Belə ki, polis qızın meyitinin üzərindən onun şəxsiyyətini təsdiq edən sənədi tapıb və həmin adlı feysbuk üzvləri yoxlanarkən gənc qadının həmin paltarda fotoları aşkarlanıb beləliklə qətlə yetirilən şəxsin kimliyi dəqiqləşdirilib. Daha sonra istintaqçılar Fatma Nurun yazışdığı şəxsləri araşdırıb və onun 17 yaşlı O.A ilə mütəmadi ünsiyyətdə olduğu vaxtaşırı görüşdüyü üzə çıxıb.

    İstintaqa cəlb edilən gənc oğlan törətdiyi əməli etiraf etməli olub. O, qızı daş parçası ilə başına vuraraq öldürdüyünü deyib.

    Araşdırmalar davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR