Bakıda həmcinslərini fahişəliyə cəlb edən qadın tutuldu
Bakıda polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin iki maddəsi ilə axtarışda olan N.Haşımova saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
N.Haşımova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243-cü (Fahişəliyə cəlb etmə) və 244-cü (Əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə axtarışda idi.
Fakt üzrə araşdırmalar davam etdirilir.